۱۳۹۰ تیر ۱۹, یکشنبه

Muğan(مغان)/ guney azerbaycan(mugan şehri Erdebilin yuxunuqundade)


Muğan düzü - Araz çayının və Talış dağları silsiləsinin şimal hissəsində Savalan dağının ətrafından Xəzər dənizinə kimi uzanır. Bu gün bu əraziyə 3 rayon daxildir: Parsabad, Biləsuvar və Germi. Bu yaşıl gözəl düzənliyin bir çox görməli yerləri var:

* - Araz çayının sahili
* - Şahrak gölü
* - Muğanda böyük kənd təsərrüfatı və Heyvandarlıq kompleksləri
* - Oltan mağarası (Parsabad)
* - Qız qalası
* - Xudafərin körpüsü
* - Xərmən, Nadir təpələri
* - Aslandüzdə qədim məzarlıq.

Muğan düzü Kür-Araz ovalığının bir hissəsidir. Şimal-qərbdə Araz çayı vasitəsilə Mil düzündən, Kür çayı vasitəsilə Şirvan düzündən ayrılır. Cənubda və cənub-şərqdə Lənkəran ovalığına və Salyan düzünə qovuşur. Düzün cənub-qərb davamı Cənubi Azərbaycan ərazisindədir. Tarixən Araz çayı Muğan düzündən axaraq bilavasitə Xəzər dənizinə tökülürdü. 1896-cı ildə Araz öz sağ sahilini yuyub Muğan düzünün bir hissəsini basmışdır. Yalnız 1916-cı ildə bu yuyulmanın qarşısı alınmış, Araz öz yatağına qaytarılmışdır. Düzənlikdəki, bir çox göl və bataqlıq da (Ağçala, Mahmudçala və digərləri) həmin daşqın zamanı əmələ gəlmişdir. Muğan düzünün çox hissəsi dəniz səviyyəsindən aşağı olub, Kür çayı, xüsusən də Araz çayının gətirdiyi çöküntülərdən əmələ gəlmişdir. Kür-Araz ovalığı, o cümlədən Muğan düzü Azərbaycanın ən qədim əkinçilik bölgəsidir. Burada qədim zamanlarda istifadə edilən arxların izləri vardır. Bu arxlardan bəziləri təmir edilmiş, yeni arx və kanallar da çəkilmişdir. Mənbələrdə Azərbaycan ərazisində Muğan və Muğanniyə adlı iki coğrafi obyekdən bəhs olunur. Orta əsrlərdə Qəbələ ilə həmsərhəd olub, Girdiman və Göyçay çaylarının aşağı axarı boyu ərazi Muğaniyyə adlanırdı. Bəzi tədqiqatçılara görə, Muğan vilayəti və düzünün adı orta əsrlərdə mövcud olmuş Muğan şəhərinin adı ilə bağlıdır. Orta əsr ərəb mənbələrində (IX-X əsrlər) Xəzər dənizi sahilində, Kürün mənbəyindən təqribən 100 kilometr, cənubda Ərdəbilin 50 kilometrliyində yerləşən Muğan şəhəri iki çay arasında təsvir olunmuşdur. İbn Xordadbeh (IX əsr) Muğan hakimi Şəklə haqqında, Müqəddəsi (X əsr) başdan-başa bağ-bağatla əhatə olunmuş bu şəhərin gözəlliyi, əhalisinin hörmətcil və səxavətli olması barədə məlumat vermişdilər. Bir fikrə görə, şəhər XIII əsrdə monqol yürüşləri, digər fikrə görə isə, XV əsrdə Teymuri sultanı Əbu Səidlə Ağqoyunlu Uzun Həsən arasında baş vermiş vuruşma zamanı dağıdılmışdır. Qərnati, Zəkəriyyə Qəzvini və başqaları ümumiyyətlə, Muğan ölkəsi, onun geniş ərazidə yerləşməsi, iqliminin Azərbaycanınbaşqa yerlərinə nisbətən isti, heyvandarlıq üçün yararlı otlaqlara malik olması haqqında məlumat verir, yerli əhalini türkmənlər adlandırırlar. Antik müəlliflər (Hekatey, Herodot və başqaları) də tarixi Mukan ərazisində (indiki Muğan düzü) mik/muk tayfası haqqında məlumat vermişlər.

هیچ نظری موجود نیست:

ارسال یک نظر